Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kilsəyə hücum edəndən müsəlmanlara çağırış

“Ölkənizi dağıdacağıq…”

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının xəbər agentliyi olan AMAQ video yayıb.

“Din.az” “azadlıq.org”a istinadən xəbər verir ki, videoda bu həftə Fransanın şimalında kilsəyə hücum edənlərdən birinin danışdığı bildirilir. O, müsəlmanları ölkəni dağıtmağa çağırır.

Danışan 19 yaşlı Fransa vətəndaşı Abdel-Malik Nabir Petitjeandır. O, katolik keşişini öldürənlərdən biridir, özü də polis tərəfindən güllələnib. Petitjean Prezident Fransua Olland və Baş nazir Manuel Valsa müraciət edib.

D16A8460-FAA0-4EA3-B556-71D5E52B64DA_w987_r1_s

Kilsəyə hücum etmiş Adel Kermiche (solda) və Abdel Malik Petitjean…

“Zəmanə dəyişib. Siz də qardaş və bacılarımızın çəkdiyi əziyyəti çəkəcəksiz. Ölkənizi dağıdacağıq”, o deyir.

“Qardaşlar, bıçaqla küçələrə çıxın, onlara hücum edin, kütləvi öldürün”, deyən Petitjean müsəlmanları Suriyada İŞİD-lə savaşan beynəlxalq koalisiyadakı müttəfiqlərə hücuma çağırır.

Kilsəyə hücumdan öncə Fransa polisi Petitjeanı axtarırmış. Türkiyə kəşfiyyatı onun radikallaşması barədə məlumat ötürübmüş.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...