Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Kiminsə Türkiyəni islamlaşdırmaq hədəfi ola bilməz”

“Türkiyə modern bir ölkə olaraq qalacaq…”

Fazil Mustafa: “Atatürkçülük, yaxud kamalizm həm də Türkiyəyə kifayət qədər zərər gətirmiş bir ideoloji xətdir…” 

İyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhd olayları dünya mediasının əsas xəbəri kimi qalmaqdadır. Hadisələrin qaynar çağında xarici mətbuatın əksəriyyəti olayları “Ərdoğanın islam hökuməti yıxılır”, “Türk ordusu Ərdoğanın islami hökumətini taxtdan endirmək üçün hərəkətə keçdi” və s. bu cür başlıqlı xəbərlərlə çatdırmağa çalışdı. 

Bu da əsassız deyil. Çünki qardaş ölkədə hərbi çevrilişə cəhd edən qiyamçılar ölkənin ilk prezidenti Mustafa Kamal Atatürkün mirasını, dəyərlərini guya Ərdoğan islamlaşdırmasından qorumaq, yəni Türkiyə Cümhuriyyətinin dünyəvi dövlətçiliyini xilas etmək, demokratiyanın müdafiəsində durmaq üçün bu addıma getdiklərini iddia ediblər.

Qiyamçıların bu motivi həm daxildə, həm də xaricdə xeyli müzakirələrə səbəb olub.

fazil-mustafaDoğrudanmı, Türkiyə islamlaşırmı, bəs Atatürk dəyərləri nədir?

“Din.az” xəbər verir ki, məsələ ilə əlaqədar deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında səslənən motivləri intriqalı terminlər adlandırdı: “Əslində kiminsə Türkiyəni islamlaşdımaq deyə hədəfi ola bilməz. Çünki ölkəni islamlaşdırmaq bütövlükdə mümkün deyil, modern dünyada da demokratik bir ölkədə bu yolverilməzdir. Seçki yolu ilə, xalqın iradəsi ilə hakimiyyətə gəldilər. Əgər xalq bu yaşam tərzini, onun hədəflərini, onun dünya görüşünü mənimsəməsə, ona səs verməz. Bu baxımdan hansısa siyasi liderin iqtidarında deyil ki, bir ölkəni islamlaşdırsın. Türkiyə modern bir ölkə olaraq qalacaq, çünki tarixi ənənələri elədir ki, islam dəyələrinə də sahib çıxaraq modern ölkə olaraq qalacaq”.

F.Mustafanın sözlərinə görə, İslamın Türkiyədə bir qədər daha qabarıq görünməsinin tarixi kökləri var: “Çünki uzun illər xilafətin mərkəzi olaraq tanınıb. Və bu xilafətçilik duyğusu hər zaman istənilən Türkiyə siyasətçisində bir xarakter olaraq qalmaqdadır. Necə ki, Rusiyanın özündə istənilən prezident özünü çar kimi hiss edir, xarizma ruhunu daşıyır. Ancaq bu, o demək deyil ki, o çarizmi bərpa edir. Yəni bu, anlaşılmaz bir şeydir”.

Fazil Mustafa “Atatürk dəyərləri, mirası” motivinə isə bu cür münasibət bildirdi: “Atatürkün özünün şəxsiyyət olaraq Türkiyə tarixində əvəzolunmaz rolu var. Yəni Türkiyəni xilas edən böyük dahi şəxsiyyətdir. Amma atatürkçülük, yaxud kamalizm Türkiyəyə kifayət qədər zərər gətirən, uzun müddət müəyyən qədər inkişafına da təsir göstərən bir ideoloji xətdir. Bu gün hərbi ritorika ilə danışanların böyük əksəriyyəti sanki ötən əsrin 30-cu illərdə olduğu kimi tək partiya, tək ideologiya ilə idarə olunmağa  çağırışçı qismini daşıyırlar. Ona görə də bu hər iki tərəfin hansısa bir ”ya islamlaşma, ya da layiqləşmə” deyə Türkiyəyə hədəf seçməsi yanlışdır. Ona görə də Türkiyənin öz yolu, dinamik cəmiyyəti var. Diqqət etsəniz görərsiniz ki, ötən ilin 80-ci illərində Türkiyədə çevriliş olanda insanlar bir qədər bunu passiv qarşıladılar. Siyasi qüvvələrdən hətta buna normal yanaşanlar da oldu.  Amma bu indiki hərbi çevriliş vaxtı insanlar tamamilə modern dünyanın adamları kimi bunu həzm edə, qəbul etmədilər. Küçələrə də elə-belə, səbəbsiz və ya Ərdoğana görə axışmadılar ki. Bütün cəmiyyətin üzvləri bunu öz borcu bildi ki, çevrilişin qarşısını alsın. Beləliklə, fikrimcə, bu cür terminlər kəsin intriqalı terminləridir. Kiminsə islamlaşma, layiqləşmə deyə hədəfi, imkanı yoxdur. Türkiyə belə də qalacaq. İslam dəyərləri üzərində modern ölkə olaraq həmişə bu ruhda da inkişaf edəcək”.

MÜZAKİRƏ

1 şərh “Kiminsə Türkiyəni islamlaşdırmaq hədəfi ola bilməz” üçün

  1. ramazan dedi:

    islamlashdirmaqin neyi pisdirki

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...