Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kimyaterapiya seansları orucu pozurmu?

Oruc zamanı bəzi xəstələrin müqaviməti zəifləyir.

Sual: Kimyaterapiya seansları orucu pozurmu? Belə xəstələr oruc tuta bilərmi?

Cavab: Xərçəng xəstələrinə tətbiq edilən kimyaterapiya dərmanları müəyyən miqdar maye (serum- sistem) ilə birlikdə verilir. Bilavasitə kimyaterapiya dərmanları deyil, onlarla birlikdə verilən bu serumlar orucu pozur. Bir də, xərçəng və kimyaterapiya müalicəsi səbəbilə onsuz da müqavimətləri zəif olan bu xəstələrin oruc tutması müqavimətlərini daha da zəiflədə bilər. Bu üzdən kimyaterapiya seansları zamanı bu xəstələr oruclarını sonraya saxlamalıdırlar.

Mənbə: Dok. Zəki Bayraqdar, “Oruclu xəstələr üçün bəzi tibbi məsləhətlər”. “Kitab və Hikmət” jurnalı, iyun-sentyabr, 2015, say 10, s. 21-22.

Din.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...