Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kirill də BİTKOİNƏ etiraz etdi: İnsan kriptovalyutanın qulu olmamalıdır

“İnsanlar daha tez zənginləşmək üçün əmlaklarını satıb bitkoinlər alırlar”.

Kilsə çalışır ki, insan kriptovalyutanın qulu olmasın.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasında çıxışı zamanı Rus pravoslav kilsəsinin rəhbəri, patriarx Kirill deyib.

Patriarx qeyd edib ki, son zamanlar insanlar daha tez zənginləşmək üçün əmlaklarını satıb müxtəlif kriptovalyutalar, bitkoinlər alır: “Amma sonra bitkoinin dəyəri qəfildən düşür və insanlar başa düşür ki, heç nə qazanmayıb, əksinə hər şeyi itiriblər”.

Kilsə rəhbəri vurğulayıb ki, bu vəziyyətdə dövlət vətəndaşları risklərdən və hətta yalanlardan qorumalıdır. O əlavə edib ki, ona görə bu məsələdə dövlət tənzimləməsi olmalıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...