Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kirill İçərişəhəri ziyarət etdi – Foto

Azərbaycanda yaşayan pravoslav icmasının üzvləri ilə görüşən Patriarxın şərəfinə dini ayin icra olunub.

Dünya dini liderlərinin II Sammiti çərçivəsində Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib.

Din.az-ın məlumatına əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, dini lideri Azərbaycandakı Rus Pravoslav Kilsəsinin din xadimləri və rəsmi şəxslər qarşılayıb. Azərbaycanda yaşayan pravoslav icmasının üzvləri ilə görüşən Patriarxın şərəfinə dini ayin icra olunub.

Nəzərə çatdıraq ki, Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...