Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kitab oxumaq üçün kənddə qoyun saxlayan qadın – İBRƏTAMİZ…

“Kitabsız heç günüm olmadı. Gecələr kitab oxumasam, yatmıram”.

Kitab oxumaq üçün kənddə qoyun saxlayan qadın.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, Türkiyədə Miləcik bağı, Gölbazarı rayonunun Gülləli kəndində yaşayan orta təhsilli, 55 yaşlı Bədriyə Engin adlı qadın hələ əkin vaxtı hər ay üç kitab oxuyur. Kənddən çıxmadan mütaliə edərək dünya haqqında məlumat toplayan qadın mediaya açıqlamasında kəndə doğulduğunu, burda evlənib heyvandarlıqla məşğul olduğunu deyərək, özünü sadə bir kəndli qadını saydığını bildirib.

Hələ kiçik yaşlarından kitab oxumağa həvəsi olduğunu deyən Bədriyə xanım zaman keçdikcə bu vərdişini inkişaf etdirməyə başlayıb. Hətta heyvan otararkən belə kitab oxuduğunu deyib. “Ailə qurarkən necə kitab oxuyacam?” deyən Bədriyə xanımın ilk vaxtlar kitab oxumağa imkanı olmur: “Gördüm ki, qanşu qadın qoyunlarını otarır və fikirləşdim ki, mənim də qoyun saxlamağım vacibdir. Onda gedib iki qoyun aldım və onları artırdım. Bütün bunları isə kitab oxumağa imkanım olsun deyə etdim. 17 il qoyunları otardım və ancaq kitab oxuduğuma görə xoşbəxt oldum. Sahədə belə kitab oxuyarkən dincəlirdim. Kitabsız heç günüm olmadı. Gecələr kitab oxumasam, yatmıram”.

Qeyd edək ki, Bədriyə Engin ən yaxşı oxucu olduğu üçün dövlət mükafatlarına layiq görülüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...