Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kitabxanalarda İSLAMLA MARAQLANAN oxucular izlənəcək… – RƏSMİ

Latviyalı kitabxanaçılar bu cür rəsmi təlimatdan hiddətləndiklərini bildirirlər.

Kitabxanaçılar etiraz edir:”Məgər həftədə 4 dəfə Quran oxumağa gələn adamı təhlükə hesab etmək doğrudurmu?..”

Kitabxanaçılara İslamla maraqlanan oxuculara qarşı ayıq olmağı tövsiyə edən təlimat hazırlanıb.

Din.az Moderator.az-a istinadən bildirir ki, söhbət Latviyadan gedir. “Sputnik Latviya” nəşrinin verdiyi xəbərə görə, sözügedən təlimat ölkənin Təhlükəsizlik Polisi tərəfindən hazırlanıb. Buklet-yaddaş qurumun rəsmi saytında yerləşdirilib.


Təhlükəsizlik Polisinin əməkdaşları qeyd edirlər ki, radikal əhvali-ruhiyyəli adamlar maraqlandıqları informasiyanı daha çox kitabxanalar da daxil olmaqla pulsuz internet olan məkanlarda axtarırlar.
Xəbərdə latviyalı kitabxanaçıların bu cür rəsmi təlimatdan hiddətləndikləri bildirilir. Kitabxana əməkdaşları hesab edirlər ki, oxuculara nəzarət onların vəzifələrinə aid deyil. Kitabxana ziyarətçiləri müxtəlif xarakterlərdə olurlar və onları izləmək etikadan kənardır. Məgər məsələn, həftədə 4 dəfə kitabxanaya Quran oxumağa gələn insanı təhlükə hesab etmək doğrudurmu?..

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...