Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

KİV: Bəşşar Əsəd prezident sarayını tərk edərək Rusiyanın hərbi bazasına sığınıb

Bəşər Əsədin ölkədən çıxdığı bildirilib.

Suriyadakı rejimin başçısı Bəşşar Əsəd ölkə paytaxtı Dəməşqdəki prezident sarayını tərk edərək, Rusiyanın hərbi hava bazasına sığınıb.

Din.az xəbər verir ki, bunu “Daily Star” yazıb.

Məlumata görə, B.Əsəd rusiyalı hərbçilərin müşaiyəti ilə Suriyanın Lazkiye rayonunun cənub-şərqində yerləşən Hmeyimdəki Rusiya hərbi hava bazasına gedib. Onun pəncərəsi olmayan bir sığınacaqda qaldığı, yanında başqa suriyalı yüksək vəzifəli şəxslərin olmadığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl B.Əsədin İrana qaçdığına dair məlumat yayılmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...