Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

KİV: Bu gün ABŞ Fələstin Azadlıq Təşkilatının Vaşinqton nümayəndəliyini bağlayacaq

“ABŞ həmişə dostu və müttəfiqi İsrailin yanında olacaq”.

ABŞ Prezidenti Donald Tramp Adminstrasiyası sentyabrın 10-da Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin bağlandığını elan edəcək.

Din.az xəbər verir ki, bu məlumatı “Wall Street Journal” yayıb.

Bildirilib ki, məsələ ilə bağlı ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton uyğun bəyantla çıxış edəcək.

Onun edəcəyi çıxışdan sitat da yayılıb: “ABŞ həmişə dostu və müttəfiqi İsrailin yanında olacaq. Fələstin İsraillə birbaşa danışqılardan imtina etdiyi üçün Donald Tramp Adminstarisiyası Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı nümayəndəliyini bağlayacaq”.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ BMT-nin Fələstin qaçqınlarına yardım üzrə Yaxın Şərq agentliyinin maliyyələşdirilməsini də dayandırb. ABŞ cari ilin yanvarında “bu yükü tək daşımaq niyyətində” olmadığını bildirərək, bu istiqamətdə maliyyənin həcmini 365 milyon dollardan 60 milyon dollaradək azaltmışdı. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...