Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

KİV: Əsədin ailəsi İrana qaçır – müharibə təhlükəsi

ABŞ-ın Dəməşqə zərbə təhlükəsi mövcuddur.

Suriya prezidenti Bəşər Əl-Əsədin ailəsi bu həftənin sonunadək Tehrana gəlməlidir.

Din.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat verib.

Xəbərdə deyilir ki, ABŞ-ın Suriyaya irimiqyaslı hərbi zərbə hazırlaması xəbərindən sonra Suriya başçısı Bəşər Əsədin ailəsi və Suriya hökuməti üzvlərinin ailələri Tehrana gedirlər.

Suriya liderlərinin ailələrinin bəzi üzvləri artıq bir neçə gün əvvəl İrana köçüblər.

Əsədə yaxın mənbənin sözlərinə istinad edərək nəşriyyat yazır:

“ABŞ-ın Dəməşqə zərbə təhlükəsi ilə əlaqədar Bəşər Əl-Əsədin ailəsinin Tehrana göndərilməsinə qərarı verildi”.

“Suriya hökumət liderlərinin və onların ailələrində qorxu və çaxnaşma hökm sürür. Liderlərin bir çoxlarının ailələri artıq həftənin bazar ertəsi günü Suriyadan İrana göndərilib”, – mənbələr əlavə ediblər.

Buna baxmayaraq, Əsədin Dəməşqdə qalacağı və ya ailəsi ilə birlikdə tərk gedəcəyi deyilmir. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...