Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

KİV: İran Dəməşq yaxınlığında yeni raket bazası yerləşdirib

Həmin hərbi bazadan İsrail ərazisinin istənilən hissəsinə zərbə endirmək mümkündür.

İran Suriyada yeni hərbi baza yerləşdirib.

Din.az xəbər verir ki, bu ölkədə daimi qalacaq bazada raketlər üçün anqarlar mövcuddur.

Bu hərbi obyektin Suriya paytaxtı Dəməşqdən, təqribən, 12 km şimal-qərbdə yerləşdiyi və ora İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının xüsusi qüvvələrinin nəzarət etdiyi bildirilib.

Məlumata görə, həmin hərbi bazadan İsrail ərazisinin istənilən hissəsinə zərbə endirmək mümkündür. Vurğulanıb ki, ötən il peyk informasiya sisteminin yardımı ilə Dəməşqin cənubunda da İrana məxsus hərbi baza aşkarlanmışdı.

Xatırladaq ki, İsrail əvvəllər bir neçə dəfə Tehranı Suriya və Livanda yüksək dəqiqliklə idarə edilən raket istehsalı obyekti tikməkdə ittiham edib.

İran hakimiyyəti isə Suriyada hərbi bazasının olmadığını bildirib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...