Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

KİV: Terrorçu İŞİD qruplaşması gizli fəaliyyətə keçəcək

“Terrorçu İŞİD qruplaşması gizli fəaliyyətə keçəcək”.

Din.az “Report”a istinadən xəbər verir ki,  bu barədə “Türkiye” qəzeti yazıb. Məlumata görə, terrorçu qruplaşmanın əlində olan Suriyanın Rakka şəhərində 21 min İŞİD silahlı var. Onların 7 mini şəhərin müdafiəsi ilə məşğul olacaq.

Bildirilib ki, bu il aprelin 22-də terrorçu İŞİD qruplaşması Rakkada toplanaraq, ağır itkilər verdiklərinin etiraf edib. Terrorçu qruplaşmanın “polit bürosunun” həmin toplantısının qərarına əsasən, qruplaşmadakı ərəblər və son 12 ayda qərb dövlətlərindən İŞİD-ə qoşulanlar öz ölkələrinə dönəcək, qalan terrorçular isə gizli fəaliyyətə keçəcəklər. Bu il iyunun 15-dən sonra Raqqanın azad edilməsi uğrunda əməliyyat başlaycaq.

Antiterror koalisiyasına başçılıq edən ABŞ şəhərin azad olunmasıba dair Türkiyənin planını qəbul etməyərək, terrorçu PKK-nın Suriyadakı qolları YPG və PYD ilə əməkdaşlığı seçib.

Məlumata görə, İŞİD Rakkanı boşaltdıqdan sonra şəhərə terrorçu PKK-nın Suriyadakı adı çəkilən qollarının silahlıları daxil olacaq. ABŞ İŞİD-in boşaltdığı şəhərin “azad edilməsi” ilə bağlı saxta qələbəni YPG və PYD-nin qalibiyyəti kimi dünyaya yayacaq.

Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-ın terrorçu PKK qruplaşmasının Suriyadakı YPG və PYD qollarını silahlandırmamağa, Rakka və Suriyanın başqa şəhərələrini terrorçulardan birlikdə azad etməyi təklif edib. Rəsmi Ankara Vaşinqtonu bu terror qruplaşmalarını silahlandırmamağa çağırır. ABŞ hələlik Türkiyəni sakitləşdirməyə üstünlük verir. Terrorçu PKK-nın qollarını isə silahlandırır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...