Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Knessetdə Ərdoğanı təbrik etdilər, ara qarışdı

Fələstinlilər Ərdoğanı təbrik ediblər.

İsrail parlamentində (Knesset) bu gün keçirilən iclasda millət vəkilləri arasında qalmaqal yaşanıb.

Din.az bildirir ki, Birləşmiş Ərəb Siyahısı Blokunun millət vəkili Talib Əbu Arar çıxışı zamanı dünən prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğanı təbrik edib:

“Türk xalqı və Ərdoğan böyük uğur əldə etdi. Kin bəsləyənlərə baxmayaraq onu təbrik edirəm. Allaha həmd olsun ki, Türkiyə müstəqil və suveren ölkədir. Mübarək olsun”.

Fələstin əsilli digər millət vəkili Əbdülhakim Hav Yəhya da Ərdoğanı təbrik edib.

Onların bu çıxışları yəhudi millət vəkillərinin sərt reaksiyalarına səbəb olub. Onlar ərəb deputatların sözlərini yarımçıq kəsməyə cəhd ediblər.

Qeyd edək ki, Birləşmiş Ərəb Siyahısı Bloku İsrail tərəfindən işğal edilmiş Fələstin torpaqlarında yaşayan fələstinlilər tərəfindən qurulub. Knessetdə 13 deputatla təmsil olunur. / Qafqazinfo

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...