Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Koka-Kola” müsəlmanları təbrik etdi, norveçlilər hiddətləndi

Ramazan ayının başlanması münasibətilə klassik içkinin xüsusi seriyası buraxıldı.

Qazlaşdırılmış içkilər istehsalçısı “Koka-Kola” şirkətinin Norveç şöbəsi müqəddəs Ramazan ayının başlanması münasibətilə öz klassik içkisinin xüsusi seriyasının buraxıldığını elan edib və İslamın təcəssümü olan aypara rəmzini ilk dəfə öz loqotipinə əlavə edib.

Din.az xəbər verir ki, “Koka-Kola” şirkəti ənənəvi olaraq həm Norveçdə, həm də digər ölkələrdə öz içkilərinin Milad bayramına həsr olunmuş xüsusi seriyalarını buraxır. Bu il şirkət bildirib ki, Norveç müsəlmanları ilə birlikdə Ramazan bayramını qeyd etmək istərdi.

Şirkətin marketinq şöbəsinin rəhbəri İohanna Kosanoviç yerli jurnalistlərə müsahibəsində deyib: “Müsəlman ölkələrdə Ramazanı bayram etməyimizin uzun tarixi vardır. İndi biz Ramazanı ilk dəfə Norveç müsəlmanları ilə birlikdə bayram etmək istəyirik. Biz müxtəlifliyə tərəfdar olduğumuzu və bunun cəmiyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu açıq şəkildə göstərmək istəyirik”.

Buna baxmayaraq, “Koka-Kola”nın bu qərarı miqrantlar əleyhinə çıxış edən radikal dairələrin təmsilçiləri tərəfindən narazılıqla qarşılanıb. Onlar sosial şəbəkələrdə müsəlmanlar əleyhinə şüarlarla çıxış edir, hətta “Koka-Kola”nın məhsullarını boykot etməyə çağırırlar. Bununla belə, liberal əhval-ruhiyyəli norveçlilər də tapılıb. Onlar əhalinin əksəriyyətinin xristian olduğu bir ölkədə “Coca-Cola”nın müxtəlifliyin dəstəklənməsinə yönələn addımını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 5,2 milyon əhalisi olan Norveçdə sürətlə artan müsəlman icması yaşayır. Hazırda müsəlmanlar Norveç əhalisinin 5,7 faizini təşkil edir. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...