Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kolumbiyada körpə satanist ayinində öldürülüb

Körpə satanist ayinin qurbanı oldu.

Kolumbiyada 5 aylıq körpə satanist (şeytan -red) ayinində qurban verilib.

Din.az “Report”a istinadən bildirir ki, bu barədə “Notimerica” yazıb.

Məlumata görə, hadisə Antiokiya departamentində baş verib. Bildirilir ki, ana səhər yuxudan oyandıqda körpəni evdə tapmayıb.

Yerli sakinlər sonradan ölü vəziyyətdə tapılan körpənin satanist ayininin qurbanı olduğunun düşünürlər.

Yerli hakimiyyət orqanları da bildiriblər ki, qonşular körpənin Hellouin ərəfəsində keçirilən ayinin dəhşətli qurbanı olduğunu düşünürlər.

Körpənin meyiti ekspertizaya verilib. Onun anası ilə də bağlı məhkəmə ekspertizası keçiriləcək. Polis körpənin oğurlanması zamanı qadının alkoqol və ya narkotik vasitənin təsiri altında olub-olmamasını araşdırmaq istəyir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...