Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Komitə: Dindarlar Aşura mərasimlərinə siyasi elementlərin qatılmasının qarşısını almalıdırlar

“Dini mərasimlərlə bağlı məsələlərə qanunvericiliyin tələbləri əsasında yanaşılmalıdır”.

Dindarlar Aşura mərasimlərinə siyasi elementlərin qatılması cəhdlərinin qarşısını almalıdırlar.

Din.az Trend-ə istinadən bildirir ki, məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komtəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbirdə deyib.

Sədr müavini qeyd edib ki, Məhərrəmlik mərasimləri ilə bağlı məsələlərə qanunvericiliyin tələbləri əsasında yanaşılmalı, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına diqqət yetirilməlidir.

G.İsmayılov əlavə edib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslam vəhdət və qardaşlıq dini kimi xarakterizə olunur. Dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. Bu baxımdan dindarlar dini mərasimlərin təşkilinə həssas yanaşmalı, Aşura mərasimlərinə siyasi elementlər qatılması, başqa ölkələrə xas keçirilməsi cəhdlərinin qarşısını almalıdırlar.

Komitə rəsmisinin sözlərinə görə, Aşura Vətənə, torpağa məhəbbət, dövlətə sədaqət ruhunda qurulan təbliğatlar, çağırışlarla müşayiət olunmalıdır. O, din xadimlərini zəncir vurmaq, baş yarmaq kimi xalqımızın mədəniyyətinə və dinimizə uyğun olmayan əməllərin əleyhinə təbliğat aparmağa səsləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...