Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Komitə: Qurban bayramının “ət bayramı” kimi təqdim edilməsi onu mahiyyətindən uzaqlaşdırır

“Təəssüf ki, bəziləri Qurban bayramını “ət bayramı”, “ət bolluğu” bayramı kimi təqdim edirlər”.

Qurban bayramının “ət bayramı” kimi təqdim edilməsi onu mahiyyətindən uzaqlaşdırır.

Din.az bildirir ki, bunu Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda keçirilən konfransda deyib.

Qurban və Ramazan bayramının Azərbaycanın iki ən böyük dini bayramı olduğunu nəzərə çatdıran S.Salahlı hər iki bayramın bütün İslam dünyasında qeyd olunduğunu söyləyib:

“Təəssüf ki, bəziləri Qurban bayramını “ət bayramı”, “ət bolluğu” bayramı kimi təqdim edirlər. Ancaq bu yanaşma bayramı mahiyyətindən uzaqlaşdırmaq deməkdir. Bayramların fəlsəfəsi insanları bir araya gətirir. Qurban bayramının mahiyyətini hər kəs bilir. Mahiyyət odur ki, Həzrəti İbrahim Allah qarşısında sədaqətli bəndə olduğunu göstərmək istəyir. Əti keçmiş zamanlarda varlı insanlar yeyərdilər. Allah-təala bu bayramı göndərib ki, yoxsul insanlar da ət yesinlər. Ramazan bayramına da pəhriz bayramı kimi baxmaq lazım deyil. Bu bayram insanın Allah qarşısındakı imtahanıdır”.

Komitə rəsmisi Azərbaycanda Qurban və Ramazan bayramlarının dövlət səviyyəsində qeyd olunduğunu əlavə edib. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...