Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Komitə rəsmisi: Dini məsələ heç vaxt indiki qədər siyasiləşərək bəşəriyyətin “kabus”una çevrilməyib

“Maarifləndirmə cəmiyyətin bütün təbəqələrini əhatə etməklə intensiv təşkil edilir.”

Bütün dövrlərdə dinin siyasiləşdirilməsinə, dövlətlərin onu bir-birinə qarşı silah alətinə çevirməsinə cəhdlər göstərilib. Din müxtəlif vaxtlarda hansısa dövlətlərin və qüvvələrin dayaq nöqtəsi, uğurunun təminatçısı kimi çıxış edib. Lakin heç zaman dini məsələ indiki qədər siyasiləşib bəşəriyyətin “kabus”una çevrilməyib.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılov Şirvanda “Dünyəvi dövlətdə din və təhsil” mövzusubub müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dinin siyasiləşdirilməsinin fəsadlarına toxunan sədr müavini vurğulayıb ki, cəmiyyət zərərli dini cərəyanlara qarşı intensiv maarifləndirilmirsə, ona lazımi dini biliklər sistemli şəkildə verilmirsə, deməli, onun hansısa qeyri-ənənəvi təriqətə qoşulması ehtimalı hələ də qalır. Bu səbəbdən maarifləndirmə cəmiyyətin bütün təbəqələrini və fərdlərini əhatə etməklə intensiv təşkil edilir.

“Həyat bilgisi” fənni çərçivəsində dini biliklərin verilməsinin əhəmiyyəti barədə də danışan sədr müavini diqqətə çatdırıb ki, orta məktəbdə dini biliklərin verilməsi həm şagirdlərin mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini bilgilərin təsadüfi adamlardan öyrənilməsinin qarşısını almış olur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...