Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Komitə sədri: “Azərbaycan dövləti həm də xarici ölkələrdə mədəni quruculuq işi ilə məşğul olur, yol göstərir”

“VI Bakı Beynəlxalq Humanitar Forumu mühüm töhfələri ilə yadda qalacaqdır.”

“Prezident İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki öz dərin məzmunlu çıxışı ilə göstərdi ki, bu kimi tədbirlər həm də ölkəmizlə bağlı həqiqətlərin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz Ermənistanın nizamlama prosesinə aqressiv, destruktiv yanaşması ucbatından 25 ildir həll edilmədiyini beynəlxalq ictimaiyyətə bir daha bəyan etmək üçün çox yaxşı vasitədir. Bir sözlə, bu cür tədbirlərə evsahibliyi etməyimiz də ideoloji qələbəmizdir və ermənilərin təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin təcavüzkar ölkədən qat-qat yüksək olduğunu nümayiş etdirməkdə böyük rol oynayır”.

Din.az “Report”a istinadən bildirir ki, bu fikirlər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının yazdığı məqaləsində yer alıb.

“Şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, geridə qalan VI Bakı Beynəlxalq Humanitar Forumunda da müzakirəyə çıxarılan məsələlər bəşəriyyətin üzləşdiyi çağırışlara cavab verməsi baxımından mühüm töhfələri ilə yadda qalacaqdır. Çünki müxtəlif peşə və ixtisas sahiblərinin, xüsusilə də mədəniyyət sahəsini təmsil edən insanların Bakıda bir araya gələrək mühüm məsələləri müzakirə etməsi böyük nəticədir”.

Bir sözlə, bu gün Azərbaycan dövləti təkcə ölkədaxili problemlərlə məşğul deyil, o, həm də xarici ölkələrdə mədəni quruculuq işi ilə məşğul olur, yol göstərir, müxtəlif problemlərin həlli üçün yol xəritəsi çəkir. Çünki genetik kodu mərhəmət, humanizm, ədalət kimi bəşəri keyfiyyətlərlə zəngin olan biz azərbaycanlılar hər zaman daha hissiyyatlı, başqalarının acı talelərinə daha həssas yanaşmışıq, bizə ikili standartlarla yanaşan dünyaya açıq olmuşuq, ümumbəşəri ideyaları, dəyərləri doğma şəkildə qəbul etmişik”, – M.Qurbanlı əlavə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...