Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Komitə sədri: “Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib”

“Prezident İlham Əliyevin Sərəncamı ilə hər il dini konfessiyalara maddi dəstək ayrılır”.

“Azərbaycanda 942 dini qurum qeydiyyatdan keçib. Onlardan 907-i İslam, 35-i qeyri-İslam dini icmalarıdır”.

Din.az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, müraciət edən digər dinlərə aid icmaların qeydiyyata alınması və sərbəst formada fəaliyyət göstərmələri Azərbaycanın dini məsələlərə tolerant münasibətinin nəticəsidir:

“Prezident İlham Əliyevin Sərəncamı ilə hər il dini konfessiyalara maddi dəstək ayrılır. Həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə müsəlman dini icmalarına yardımlar göstərilir. Məscidlərdə çalışan din xadimlərinə də maddi yardım göstərilir”.

Qeyd edək ki, ölkə ərazisində ümumilikdə 2250 məscid var ki, onların da 136-sı Bakıda yerləşir. Bundan əlavə, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...