Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Komitə sədri: “Azərbaycanda dini icmaların sayı 909-a çatıb”

“Sosial medianın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var”.

Azərbaycanda dini icmaların sayı 909-a çatıb.

Din.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini qurumlar və sosial media” adlı konfransda deyib.

M.Qurbanlı bildirib ki, bu icmalardan 32-si qeyri-islami dini icmalardır. Komitə sədri sosial medianın təsirindən söz açıb. O qeyd edib ki, sosial medianın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var.

Komitə sədri vurğulayıb ki, sosial mediada dezinformasiya baş alıb gedir, insanlığa, əxlaqa, mənəvi dəyərlərə zidd məsələlər təbliğ olunur: “Bu baxımdan bizim ölkədə də bu məsələ diqqət mərkəzindədir”.

O əlavə edib ki, bir sıra ölkələrdə sosial media üzərində nəzarət həyata keçirilir: “Bəzən bunu azadlığın məhdudlaşdırılması kimi qələmə verirlər. Ancaq bir sıra ölkələr bu sahədə nəzarəti hüquqi əsaslarla tənzimləyirlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...