Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Komitə sədri: “Azərbaycanda halal turizmlə bağlı standartlar hazırdır”

“Halal turizmin yaradılması üçün müəyyən baza standartları mövcuddur”.

“Azərbaycanda halal turizmin tətbiqi ilə bağlı standartlar hazırdır”.

“Din.az” bildirir ki, APA-nın xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu sahədə texniki komitələr yaradılıb: “Halal turizmin yaradılması üçün müəyyən baza standartları var ki, hazırda bununla bağlı texniki komitədə işlər gedir, heç bir problem yoxdur”.

Qeyd edək ki, Azərbaycanda halal turizmin tətbiqi təklif edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...