Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Komitə sədri: “Azərbaycanda meyitdən orqan götürülməsinə böyük ehtiyac var”

“Ölkəmizdə donorluq bir nömrəli məsələdir. Donor çatışmazlığı üzündən insanlar dünyasını dəyişir.”

“Hazırda bir neçə qanun layihəsi üzərində çalışırıq. Bunlardan biri “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsidir ki, bir dəfə müzakirə edib, müxtəlif aidiyyatı qurumlara göndərmişik. Onlardan cavab aldıqdan sonra komitənin iclasında geniş formada müzakirə edəcəyik. Ümid edirəm ki, yaxın vaxtlarda bu qanun layihəsini qəbul edəcəyik”.

Din.az bildrir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, adıçəkilən qanun layihəsinin qəbul olunmasına ehtiyac var.

“Çünki ölkəmizdə donorluq bir nömrəli məsələdir. Donor çatışmazlığı üzündən insanlar dünyasını dəyişir. Orqan transplantasiyasını da həyata keçirə bilmirik. Xəstənin yalnız yaxınlardan orqan köçürülməsi baş verir. Onların da sayı azdır”.

Əhliman Əmiraslanovun sözlərinə görə, əsas məsələ meyitdən orqanların götürülməsidir ki, buna böyük ehtiyac var.

“Dünyada bu istiqamətdə çox işlər görülür. Qaraciyər, ürək, böyrək kimi orqan köçürülmələrinin hüquqi əsası ölkəmizdə işlənib hazırlanmayıb. Hələ ki qanunlarımız meyitdən orqan götürməyə icazə vermir. Yeni qanun layihəsində onun bütün cəhətləri öz əksini tapıb. Əminəm ki, bu qanun layihəsi qəbul olunduqdan sonra meyitdən orqan götürülməsi məsələsi sayəsində müəyyən proqress əldə edəcəyik. Bu istiqamətdə iş gedir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...