Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Komitə sədri: “Bəzi din adı altında fəaliyyət göstərən qüvvələr ekstremizmə rəvac verir”

“İslam dini müqəddəsdir və onun əsas mahiyyəti sülhdür, dostluqdur”.

“Terrorçuluğun dini olmadığı kimi, radikallığın da dini yoxdur. Bu baxımdan, istənilən dini-ideoloji baxışları konteksdən çıxararaq zorakı və aqressiv şəkildə təqdim etmək olar”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, İslamın mütərəqqi dünyabaxışı, həyat fəlsəfəsi qətiyyən zorakılığı, radikallığı təbliğ etmir: “İslam dini müqəddəsdir və onun əsas mahiyyəti sülhdür, dostluqdur. Bəzi din adı altında fəaliyyət göstərən qüvvələr öz siyasi, yaxud digər maraqları çərçivəsində dini baxışları radikal formada təqdim edir, ekstremizmə rəvac verirlər”.

DQİDK sədri bu cür mənfi təzahürlərin qarşısının alınmasında dini maarifləndirmənin xüsusi əhəmiyyətə malik olduğunu deyib.

O həmçinin əlavə edib ki, dövlətin dini icmalara göstərdiyi qayğı günü-gündən artır: “Böyük tarixə malik məbədlərin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...