Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Komitə sədri peyğəmbərə heykəl qoyulmasından danışdı

“Burada bir qəbahət görmürəm”.

Naxçıvanda Nuh peyğəmbərə heykəlin qoyulmasında bir qəbahət görmürəm.

Din.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, İslamda heykəl və şəkillə bağlı yanaşma fərqlidir:

“Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulub. Burada bir qəbahət görmürəm. Nuh peyğəmbər və yaxud digər peyğəmbərlərin şəkilləri çəkilirsə, burada problem yoxdur. İsa, Musa peyğəmbərlərlə də bağlı şəkillər var. İslamda heykəl və şəkillə bağlı yanaşma fərqlidir. Amma Nuh peyğəmbər islama qədərki dövrdür”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Nuh peyğəmbərə heykəl qoyulub. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...