Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Komitə sədrinin müavini: Dünyada din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər

“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib.

Dünyada din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Xızı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda keçirilən tədbirdə Komitənin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, müasir dövrdə bir çox dövlətlər dini ekstremizm və terrordan ciddi əziyyət çəkir.

G.İsmayılov deyib ki, terror hadisələri səbəbindən dünyanın bəzi regionlarında ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, eləcə də tarixi memarlıq abidələri dağıdılır.

Sədr müavininin sözlərinə görə, son illərdə dünyada regional və qlobal müstəvidə baş verən hadisələr onu deməyə əsas verir ki, dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunur. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər.

Bütün səmavi dinlərin, o cümlədən İslamın insanları sülhə, əmin-amanlığa, elm öyrənməyə səslədiyini vurğulayan G.İsmayılov deyib ki, istər Quranda, istərsə də başqa mənbələrdə bəşər övladına elmin dəyəri və insan həyatındakı əvəzedilməz rolu barədə çağırışlar edilib, elm öyrənənlərə, alimlərə hörmətlə yanaşılıb, cəhalət və cahillər isə kəskin şəkildə məzəmmət olunub.

Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...