"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
komite(1)

Komitə şeyxin təhdid edilməsinə münasibət bildirdi

Share Button

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi terror təşkilatlarının adından Azərbaycanın dini xadimlərinin, o cümlədən Qafqaz […]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi terror təşkilatlarının adından Azərbaycanın dini xadimlərinin, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təhdid edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, bu cür məlumatlar əvvəllər də yayılıb:

siyavush_heydarov_191115-300x225“Biz bu tipli məlumatı ciddi qəbul etmirik. Eyni zamanda onu deyə bilərəm ki, ölkəmizdə təhlükəsizlik məsələlərinə ciddi önəm verilir. Həmçinin hörmətli Şeyx həzrətlərinin təhlükəsizliyi həmişə olduğu kimi, bu gün də lazımi səviyyədə təmin olunur. Bundan əvvəl də Azərbaycanda mühüm beynəlxalq tədbirlər ərəfəsində kimlərsə məqsədli şəkildə müxtəlif şayiələr, heç bir əsası olmayan, qeyri-ciddi məlumatlar yayaraq Azərbaycanda ictimai-siyasi durumu neqativ fonda təqdim etməyə çalışırdı. Lakin bu cəhdlər heç vaxt hədəfə çata bilməz. Çünki Azərbaycan təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyi ölkədir, bütün məsələlər aidiyyəti orqanların nəzarətindədir. Azərbaycan ictimaiyyəti də bunu görür və yüksək qiymətləndirir.”

Xatırladaq ki, saytlarda dərc edilən xəbərlərə əsasən, İŞİD terror təşkilatının yaydığı videoçarxda Allahşükür Paşazadənin təhdid edildiyini bildirmişdi.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top