Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Konqresin ilk hicablı vəkili ölümlə təhdid edildi

“Radikal sağçıların, millətçilərin zorakılıqları dünya miqyasında artmaqdadır”.

ABŞ Konqresinin ilk hicablı vəkili Somali əsilli İlhan Omar 11 sentyabr hadisələri ilə bağlı fikirlərinə görə Donald Trampın sərt tənqidinə tuş gəlməsindən sonra ölümlə təhdid edilib.

Din.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

“Radikal sağçıların, millətçilərin zorakılıqları və digər nifrət xarakterli əməlləri ölkə və dünya miqyasında artmaqdadır. Onların ölkədə ən yüksək vəzifədə əyləşən şəxs tərəfindən cəsarətləndirildiklərini inkar edə bilmərik”, – Omar bildirib.

Qeyd edək ki, Tramp Omarın çıxışından bir hissə ilə əkiz qüllələrin vurulma anının montajlanmış görüntülərini paylaşaraq “Əsla unutmayacağıq” sözlərini yazıb.

İlhan Omar 11 sentyabr hadisələrini düzgün qiymətləndirə bilməməkdə ittiham olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...