Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Konqresin ilk hicablı vəkili Trampın hədəfində

Hicablı vəkili Somali əsilli İlhan Omarın fikirləri tənqid obyektinə çevrilib.

ABŞ Konqresinin ilk hicablı vəkili Somali əsilli İlhan Omar 11 sentyabr hadisələri ilə bağlı fikirlərinə görə tənqid obyektinə çevrilib.

Din.az xəbər verir ki, ifrat sağçı və mühafizəkarlardan sonra ABŞ Prezidenti Donald Tramp da Omarı hədəf alıb.

Tramp Omarın çıxışından bir hissə ilə əkiz qüllələrin vurulma anının montajlanmış görüntülərini paylaşaraq “Əsla unutmayacağıq” sözlərini yazıb.

Qeyd edək ki, İlhan Omar 11 sentyabr hadisələrini düzgün qiymətləndirə bilməməkdə ittiham olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...