Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Konstitusiya Məhkəməsi “azan səsi” ilə bağlı qərarını verdi

Share Button

Türkiyə Konstitusiya Məhkəməsi evinin yaxınlığındakı məscidlərdə yüksək səslə azan verilməsindən narahat olan şəxsin şikayətinə baxıb. “Din.az”ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İzmirin Göztəpə rayonunda yaşayan şikayətçi evinin yaxınlığındakı məscidlərdən sübh vaxtı yüksək səslə azan verildiyi üçün yuxusunun qaçdığını, mənsub olmadığı bir dinin ibadətinə məcbur edildiyini qeyd edib. Buna görə yerli məhkəməyə şikayət edən şəxs […]

Türkiyə Konstitusiya Məhkəməsi evinin yaxınlığındakı məscidlərdə yüksək səslə azan verilməsindən narahat olan şəxsin şikayətinə baxıb.

“Din.az”ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İzmirin Göztəpə rayonunda yaşayan şikayətçi evinin yaxınlığındakı məscidlərdən sübh vaxtı yüksək səslə azan verildiyi üçün yuxusunun qaçdığını, mənsub olmadığı bir dinin ibadətinə məcbur edildiyini qeyd edib.

Buna görə yerli məhkəməyə şikayət edən şəxs iddiası rədd edilincə Konstitusiya Məhkəməsinə müraciət edib.

Lakin Konstitusiya Məhkəməsi də şikayəti qəbul etməyib. Məhkəmənin qərarında əhalisinin böyük əksəriyyəti müsəlman olan Türkiyədə ibadətə çağırış vasitəsi olan azanın İslamın bütün məzhəblərində qəbul edildiyi, ayrı-seçkiliyə səbəb olmadığı bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir