Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kor müəzzinlərin azan verdiyi məscid – VİDEO

Müəzzinləri kor adamlardan seçirdilər ki, həm onların səsləri yanıqlı olurdu, həm də məhəllədəki evlərin həyətini görməsinlər.

Gəncədə yerləşən Şahsevən məscidi qeyri-adi memarlıq üslubu ilə seçilir. Gəncənin 410 yaşlı memarlıq incisi olan Şah Abbas məscidindən başqa bir sıra kiçik məhəlli məscidləri də mövcuddur ki, onlar da öz maraqlı xüsusiyyətləri ilə fərqlənirlər.

“Din.az” xəbər verir ki, bunlar arasında 1882-ci ildə tikilən Şahsevən məhəlli məscidinin əsas maraqlı xüsusiyyəti məscidin minarəsiz olmasıdır. Belə ki, müəzzinlər məscidinin pilləkənləri ilə gümbəzin düz üstünə çıxaraq oradan əzan verirlərmiş.

Hündürlüyü 12 metrə çatan məscid yerləşdiyi Şahsevən məhəlləsinin adı ilə tanınıb. Şah İsmayılın vaxtından onun yaxın ətrafını formalaşdıran Şahsevən tayfasının Gəncədə məskunlaşması isə 17-ci əsrin lap əvvəlində onların bura köçürülməsi ilə bağlıdır.

Şahsevən məscidində Sovet dövründə kitabxana olub, indi isə məscid öz əzəli funksiyasını daşıyır. Bayırdan dördbucaqlı formada olsa da, məscidin içərisi səkkizguşəli və olduqca genişdir.

Sevindirici haldır ki, ibadətlə yanaşı buranın bilik artırmaq üçün zəngin kitab ehtiyatı da var. Burada məhəllə ağsaqqalları qədimdə mövcud olan mühafizəkar adətlərə də toxunublar. Elə bu cür adətlərdən biri də məhəlli məscidlər üçün müəzzinlərin, yəni azan verənlərin seçilməsi olub. Müəzzinləri kor adamlardan seçirdilər ki, həm onların səsləri yanıqlı olurdu, həm də məhəllədəki evlərin həyətini görməsinlər.

Məhəlli məscidləri bir qayda olaraq məhəllədə yaşayanların təşəbbüs və ianələri ilə inşa edilirdi. Qeyd edək ki, hazırda Gəncədə abidə kimi 12 qədim məhəllə məscidi var. “Din.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...