Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Körfəz ölkələri vahid valyuta yaradarsa, dollar titrəyər

“Körfəz ölkələri birgə bu barədə qərar versələr …”

Əgər Körfəz ölkələri ortaq pul vahidi yaradarsa, dollar titrəyər.

Din.az xəbər verir ki, bunu misirli politoloq Əbdül Cavad bildirib.

“Təkbaşına dollardan imtina etmək çox çətindir. Amma əgər Körfəz ölkələri birgə bu barədə qərar versələr, ortaq pul vahidini yaratsalar, bunun böyük təsiri olar və irəliyə doğru böyük təkan baş verər. Bu addım Körfəz bölgəsini qlobal iqtisadi liderlər sırasına çıxarar. Avropanın 42 ölkəsi – monarxiyaları və respublikaları – tək dam altında bir araya gələrək Avropa Birliyini yaratdılar. Onlar öz valyutalarını ortaya çıxardılar və bu gün avro dolları üstələyir”, – Cavad qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...