Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Kosmik gəmi inşa edən ilk müsəlman qadın – FOTO

Share Button

NASA üçün yeni gəmi layihələri üzərində çalışırlar

Fələstinli hicablı xanım Soha Əlgeşəvi kosmik gəmilər inşasında çalışan ilk müsəlman qadındır.

Texasdakı Hyüston Universitetini uğurla başa vurmuş istedadlı tələbə 2011-ci ildə NASA-ya işləməyə dəvət edilib.

“Din.az” xəbər verir ki, Soha Əlgeşəvi və onun həmkarları NASA üçün yeni gəmi layihələri üzərində çalışırlar. Hazırda onların hazırladıqları ORİON gəmisi astronavtları kosmosun ənginliklərinə daşımağa xidmət edəcək. Layihə 2030-cu ilə kimi reallaşmalıdır.

Fələstin əsilli xanımın həyatında mühüm cəhət həm də odur ki, maraqlı işi ilə yanaşı, o öz yerlisi ilə ailə qurub və 3 uşaq anasıdır. Ona görə də təəccüblü deyil ki, onun “Facebook” səhifəsinə dünyanın hər yerindən yüzlərlə qadın məsləhət almaq üçün müraciət edir.

Soha Əlgeşəvi isə hələ ki, heç bir sualı və müraciəti cavabsız qoymayıb.

soha-alqeshawi-orion-senior-software-engineer_150

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir