Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

KRAL ÇIXIŞI İLƏ GÜLDÜRDÜ: “Qüdsü paytaxt elan etsələr, çox hirslənərik”

“Xəbərdarlıq” xarakteri daşıyan bu görüş iki dostun görüşməsi kimi keçib.

Səudiyyə Ərəbistanı kralı Selman Bin Abdüləziz ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi ilə bağlı atacağı addımına reaksiya göstərib.

Din.az bildirir ki, ABŞ-ın istəyi ilə ortaya atılan layihə uğrunda dimdik duran Səudiyyə hökuməti, görünür Qüdslə bağlı məsələyə göz yumacaq.

Belə ki, Trampın Qüdslə bağlı yayımladığı qərardan sonra Səudiyyə Ərəbistanı kralı Selman ABŞ lideri ilə görüşüb. “Xəbərdarlıq” xarakteri daşıyan bu görüşmə Trampa reaksiya verməkdən çox, iki dostun görüşməsi kimi keçib.

Kral Salman Qüdsün statusu ilə bağlı yaranacaq hər hansı dəyişikliyin sülh müzakirələrinə zərər verəcəyi və bölgədə gərginliyi artıracağı mövzusunda xəbərdarlıq edib. Salman Qüdsün və Məscidi Əqsanın müsəlmanların ilk qibləsi olmasından dolayı atılacaq təhlükəli addımın dünyadakı bütün müsəlmanların reaksiyasına səbəb olacağını qeyd edib.

Lakin Kral Salman Qüds məsələsi ilə bağlı daha çox “belə bir təhlükəli addım Qüds və Məscidi Əqsanın daşıdığı statusdan dolayı dünyanın dörd bir yanında olan müsəlmanları qəzəbləndirəcək” açıqlaması ilə gündəmə gəlib:

Bundan başqa Kral Salman Səudiyyə Ərəbistanının tarixi keçmişdən bu yana Fələstin xalqına dəstək verdiyini söyləyib. / A24.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...