Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kral Əbdüləziz adına Fond AMEA-nın Şərqşünaslıq İnstitutuna əməkdaşlıq təklif edib

Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına fondunun baş direktoru doktor Fəhd Əbdüləziz əs-Səmmarinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Din.az SalamNews-ə istinadən xəbər verir ki, Fondun nümayəndə heyəti Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü, f.ü.e.d., professor Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə qonaqları salamlayan G.Baxşəliyeva, onlara institutun tarixi, […]

Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına fondunun baş direktoru doktor Fəhd Əbdüləziz əs-Səmmarinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Din.az SalamNews-ə istinadən xəbər verir ki, Fondun nümayəndə heyəti Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü, f.ü.e.d., professor Gövhər Baxşəliyeva ilə görüşüb.

Görüşdə qonaqları salamlayan G.Baxşəliyeva, onlara institutun tarixi, strukturu və elmi fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. İnstitutun müxtəlif şöbələri üzrə aparılan aktual tədqiqat işlərindən danışan G.Baxşəliyeva onların yalnız orta əsrlərlə deyil, eyni zamanda müasir dövrlə əlaqəli olduğunu xüsusilə qeyd edib. Ərəb ədəbiyyatında azərbaycanlı alimlərin elmi fəaliyyətlərinin öyrənilməsinin ölkəmiz üçün olduqca vacib olduğunu qeyd edən G.Baxşəliyeva dahi Nizami Gəncəvinin yaradıcılığından və onun ərəb mənbələrindən etdiyi iqtibaslardan danışıb. G.Baxşəliyevanın bildirdiyinə görə Əbülfərəc əl-İsfəhani, Yaqut əl-Həməvi, İbn Səllam və s. kimi klassiklərin əsərləri ilə yanaşı yeni dövr ədəbiyyatının nümayəndələri Mixail Nueymə, Cübran Xəlil Cübran, Nəcib Məhfuzun, müasir dövrün görkəmli mütəfəkkirlərindən Taha Hüseynin və s. yaradıcılıqları institut əməkdaşlarının tədqiqat obyektinə çevrilib.

Ərəb ölkələrində baş verən hadisələrin Azərbaycan xalqı tərəfindən böyük ürək ağrısı ilə müşahidə edildiyini və həmin mənfi halların tezliklə aradan qalxmasını arzuladığını bildirən G.Baxşəliyeva Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə etdiyi təcavüz səbəbilə onunla heç bir əlaqə yaratmayan Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinə, şəxsən Kral Salman bin Əbdüləzizə xüsusi təşəkkürünü ifadə edib. G.Baxşəliyeva bildirib ki, Səudiyyə Ərəbistanı Krallığı Türkiyə Cümhuriyyətindən sonra məlum təcavüz səbəbilə Ermənistanla heç bir əlaqə yaratmayan dövlətlərin ön cərgəsindədir.

İnstitutla tanışlıqdan məmnun olduğunu bildirən qonaq, bu elm müəssisəsində görülən işləri yüksək qiymətləndirib. Doktor Fəhd Əbdüləziz əs-Səmmari rəhbərlik etdiyi qurumun Şərqşünaslıq İnstitutunun apardığı elmi tədqiqatlara dəstək verməyə, o cümlədən digər elmi sahələrdə institutla əmakdaşlıq etməyə və birlikdə yeni elmi mövzular üzərində işləməyə hazır olduğunu bildirib. Rəhbərlik etdiyi fondun 1972-ci ildən fəaliyyət göstərdiyini və fondun idarə heyətinin rəhbərinin Kral Salman bin Əbdüləziz olduğunu xüsusilə qeyd edən qonaq bu günə qədər 400-dən artıq elmi nəşrlərin müəllifi olduqlarını bildirib. Fondun çap etdiyi bir neçə kitab və atlasları Şərqşünaslıq İnstituna təqdim edən qonaq Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliyi vasitəsi ilə digər nəşrləri də instituta göndərə biləcəklərini qeyd edib.

İnstitut rəhbərliyi ilə görüşdən sonra, qonaqlar institutun əməkdaşları ilə görüşüblər. İnstitutun əməkdaşları qarşısında çıxış edən doktor Fəhd Əbdüləziz əs-Səmmari müsəlmanların tarix boyu bütün mədəniyyətlərə, dinlərə hörmətlə yanaşdıqlarını və bunun ali islam əxlaqı olduğunu qeyd edib. Müsəlmanlar arasında mövcud olan ideoloji və məzhəb problemlərinin bir kənara qoyulmasının və müxtəlif dinlərə, mədəniyyətlərə, fikirlərə hörmətlə yanaşmanın vacib olduğunu bildirən qonaq bir ziyalı, tarixçi və ədəbiyyatçı kimi elmi həqiqətlərin üzə çıxarılmasının və onların geniş oxucu kütləsinə təqdim edilməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə İnstitut əməkdaşları onları maraqlandıran sualları qonağa ünvanlayıblar. Bundan əlavə İnstitutun müxtəlif şöbələrini təmsil edən əməkdaşlardan Vilayət Cəfərov, Laura Orucova, Elvüsal Məmmədov, Gülər Qafqazlı apardıqları tədqiqat işləri haqqında məlumat veriblər.

Sonda doktor Fəhd Əbdüləziz əs-Səmmariyə öz təşəkkürünü bildirən G.Baxşəliyeva bu görüşün elmi əməkdaşlığın başlanğıcı olacağına əmin olduğunu bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...