Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kral: “Əgər Sülh planınız Fələstin tərəfi üçün ədalətdirsə…”

Səudiyyə kralından Trampa sərt mesaj …

“Əgər Sülh planınız Fələstin tərəfi üçün ədalətdirsə açıqlayın, yoxsa açıqlamayın”.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun Donald Trampın “Yaxın Şərqdə” sülhə dair yeni planını dəstəkləməkdən imtina edə bilər.

Din.az xəbər verir ki, kral Trampa “Qərbi Qüds Fələstinin paytaxtı olaraq göstərilməzsə sənin planını dəstəkləməyəcəyik” deyib.

Daha əvvəl yayılan xəbərlərdə Səudiyyə şahzadəsi Məhəmməd bin Salman qeyri-şərtsiz ABŞ planını dəstəkləyirdi.

Son aylar ortalıqda görünməyən şahzadənin yerinə Fələstin məsələsində qərar verən kral Salman, Mahmud Abbas və digər ərəb liderlərini yerli fələstinliləri öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutmayan heç bir sülh planını dəstəkləməyəcəyinə dair zəmanət verib.

Ər-Riyaddakı yüksək rütbəli şəxs məsələ ilə bağlı “Reuters”-ə bildirib: Səduiyyə Ərəbistanında artıq bu məsələ ilə bağlı qərarı şahzadə Məhəmməd deyil, kral Salman verir. ABŞ-ın xətası digər ölkələrə təzyiq edə biləcəyinə düşünmələridir. Ancaq bu məsələdə təzyiq keçmir. Heç bir ərəb lideri Qüds və Fələstini fəda etməz”.

Misir və İordaniyada Tramp Administrasiyasına “Əgər Sülh planınız Fələstin tərəfi üçün ədalətdirsə açıqlayın, yoxsa açıqlamayın”.

İordaniya tərəfi İsrailin xeyrinə bir planın ölkədə qarşıdurmaya səbəb olacağı və rəsmi Amman tərəfindən tamamilə rədd ediləcəyi bildirildi. / Sputnik.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...