Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kral niyə gözlənilmədən ABŞ-a qarşı çıxdı? – Hədəf

Qüds problemi ilə bağlı vəliəhdə xəbərdarlığı və Trampa qoyduğu şərtlər …

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin Qüds problemi ilə bağlı vəliəhdə xəbərdarlığı və Trampa qoyduğu şərtlər, gecikmiş də olsa, nüfuzunu bərpa etməyə hesablanmış bir addımdır.

Din.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, Səudiyyə Ərəbstanı hazırda ərəb ölkələri arasında ən böyük və varlı dövlət kimi qəbul olunur:

“İraq və Liviya müharibələrindən sonra bu status avtomatik olaraq onlara keçib. Eyni zamanda, Səudiyyə Ərəbistanı ABŞ-ın ən böyük partnyorlarından biridir. ABŞ heç bir müsəlman ölkəsinə satmadığı böyük həcmdə müasir silahları Səudiyyəyə rahatlıqla satır. Hesab edirəm ki, bu, qarşı tərəfə olan əminlikdən qaynaqlanır”.

Ekspert qeyd edib ki, ABŞ Qüdsdə səfirlik açanda ərəb dövlətləri buna ciddi təpki verməsələr də, xalqları bu addımı aqressiv qarşıladılar:

“Dediyim kimi, ərəb dünyasına liderlik etmək iddasında olan Səudiyyə də buna lazımı qarşılıq verməməklə müsəlmanlar arasında nüfuzuna xələl gətirmişdi. Bunun əksi olaraq hazırda ərəb dünyasında Türkiyənin nüfuzu durmadan artmaqdadır. Əminəm ki, ABŞ kralın bu açıqlamalarına qarşı addım atmayacaq. Hətta ola bilsin ki, bu bəyanatdan onlar öncədən məlumatlı idilər”.

Ekspert vurğulayıb ki, ABŞ regionda olan ən böyük müttəfiqini rahatlıqla itirmək istəməz:

“Digər tərəfdən, vəliəhdin ümumilikdə istefaya göndərilməsi perspektivlərinə gəlincə, vəliəhd onu bu pilləyə qaldıran gücləri qane etməyəcəksə, bu və ya digər səbəbdən istefaya göndərilə bilər. Əks halda yerində də qalacaq. Kralın söylədiyi fikirlərin arxasında sona qədər durub- durmayacağı və ABŞ-ın bu məsələ ilə bağlı verəcəyi cavab da yaxın günlərdə məlum olacaq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin Fələstinlə bağlı vəliəhd Məhəmməd bin Salmana xəbərdarlıq etdiyi və onu xarici siyasətdən uzaqlaşdırdığı bildirilir. Xəbərdə bildirilir ki, Kral ABŞ Prezidenti Donald Trampa “Yüzilliyin anlaşması”nı nəzərdə tutaraq, Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmayacağı halda bu anlaşmada ölkəsinin iştirak etməyəcəyini də deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...