Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kral Salman bin Əbdül Əziz əs Səud : “Səudiyyə İraqı bütün sahələrdə dəstəkləməyə hazırdır”

“Krallıq İraqın tərəfindədir, bizi din, təhlükəsizlik, ümumi maraqlar birləşdirir”.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səud Krallığıq İraqla əməkdaşlıq etmək və onu bütün sahələrdə dəstəkləmək arzusunda olduğunu deyib.

Din.az bildirir ki, bu barədə “Əl-Arabiyə” telekanalı məlumat yayıb.

Çərşənbə günü monarx Ər-Riyadda İraqın baş naziri Adil Əbdül Məhdini qəbul edib.

“Krallıq İraqın tərəfindədir, bizi din, təhlükəsizlik, ümumi maraqlar birləşdirir və bunları müxtəlif sahələrdə möhkəmləndirmək lazımdır. Krallıq İraqla əməkdaşlıq etmək və ona hər sahədə dəstək vermək və ümumi maraqları həyata keçirmək üzrə əməkdaşlıq etməyə hazırdır”, – deyə Əs-Səud bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...