Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kral Salmandan Netanyahuya 80 milyonluq maliyyə dəstəyi…

Panama sənədləri gündəmi sarsıtmağa davam edir! Panama sənədlərinin ikinci dalğasında Türkiyə və dünyada olan əhəmiyyətli əlaqələrin şəbəkəsi ortaya çıxıb. “Din.az” xəbər verir ki, sızdırılan sənədlərdə Səudiyyə Ərəbistanı Kralı Salmanın, İsrailin Baş naziri Netanyahuya seçki kampaniyası aparması üçün 80 milyon dollar verdiyi irəli sürülüb. İsrail İşçi Partiyasının Başçısı İsaak Herzoq da, Səudiyyə Kralı Salman bin Əbdüləzizin, […]

Panama sənədləri gündəmi sarsıtmağa davam edir!

Panama sənədlərinin ikinci dalğasında Türkiyə və dünyada olan əhəmiyyətli əlaqələrin şəbəkəsi ortaya çıxıb.

“Din.az” xəbər verir ki, sızdırılan sənədlərdə Səudiyyə Ərəbistanı Kralı Salmanın, İsrailin Baş naziri Netanyahuya seçki kampaniyası aparması üçün 80 milyon dollar verdiyi irəli sürülüb.

İsrail İşçi Partiyasının Başçısı İsaak Herzoq da, Səudiyyə Kralı Salman bin Əbdüləzizin, İsrailin Baş naziri Binyamin Netanyahunun seçki kampaniyasına maliyyə köməyi etdiyini açıqlayıb.

Panama sənədlərini qaynaq göstərən Herzoq, Salmanın Məhəmməd Əyad Qayalı adlı bir Suriyalı ispan şəxs vasitəsilə Netanyahuya 80 milyon dollar göndərdiyini bildirib. Pulun Netanyahuya çatdırılması üçün İsrailli milyarder Teddy Sagginin Britaniyanın Virciniya adalarındakı bir şirkətinə köçürüldüyü deyilir.

Panamalı hüquq firması “Mossack Fonseca”dan sızan 11 milyonluq faylın, eyni vəziyyətdə bir çox başqa qeyri-qanuni əlaqəni ortaya qoyduğu görünür.

Keçən ay açıqlanan sənədlərdə, İngiltərənin Baş naziri Devid Kameron, Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Petro Poroşenko, Argentina lideri Mauricio Macri, Argentinalı futbol ulduzu Lionel Messi, məşhur aktyor Ceki Can və İspan rejissoru Pedro Almodovarın adları da çəkilmişdi.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...