Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kral və Ərdoğan Əsədlə barışır – Suriya cəbhəsində sensasion gəlişmə

Ər-Riyad və Dəməşqdəki görüşlərdə tərəflər Suriya böhranı ilə bağlı müzakirələr aparıblar.

Rusiya Prezidentinin Suriyadakı xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və xarici işlər nazirinin köməkçisi Sergey Verşinin dünən Ər-Riyadda Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizlə görüşdükdən sonra Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ər-Riyad və Dəməşqdəki görüşlərdə tərəflər Suriya böhranı ilə bağlı müzakirələr aparıblar.

Rusiya KİV-in iddiasına görə, Aleksandr Lavrentyev Səudiyyə kralının məktubunu Dəməşqdə olarkən Əsədə verib. Qeyd edilib ki, məktubda rəsmi Ər-Riyadın Suriya rəhbərliyi ilə əlaqələri yenidən bərpa etməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Rusiya KİV-də bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında da barışığın əldə olunacağı bildirilmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...