Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Kraliçanın bayram nitqində Səddam Hüseyn detalı – BÖYÜK MESAJ 

Kraliçanın təbrik nitqində arxa fonun sirri …

Britaniya kraliçası İkinci Yelizaveta ənənəvi olaraq xalqı Yeni il münasibəti ilə televiziyadan təbrik edib.

Din.az Publika.az-a istinadən xəbər verir ki, kraliçanın təbrik videosunda onun arxa hissəsində görünən və bir vaxtlar İraq lideri Səddam Hüseynə məxsus olmuş qızıl piano müzakirələrə səbəb olub.

Bildirilir ki, Fars körfəzi müharibəsi zamanı ingilislər Bağdada daxil olarkən Səddam Hüseynin iqamətgahını yağmalayıb və bu zaman oradakı qiymətli əşyalar və əntiq sənət nümunələri xüsusi yük təyyarəsi ilə İngiltərəyə göndərilib.

Kraliçanın təbrik nitqində arxa fonda həmin pianonun göstərilməsi də dünyada bir mesaj kimi qəbul edilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...