Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Krallıq azərbaycanlı zəvvarlara vizaların verilməsini niyə ləngidir?

Səfirlik məsələyə münasibət də bildirmir…

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara Səudiyyə Ərəbistanı Krallığı tərəfindən vizaların verilməsi ləngidilir.

“Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları idarəsindən APA-ya verilən məlumata görə, krallığın Azərbaycandakı səfirliyi tərəfindən vizaların verilməsinə iyulun 10-dan başlanacağı bildirilsə də, sonradan məsələ 5 gün təxirə salınıb. İndi isə vizaalrın iyulun 20-dən veriləcəyi deyilir.

QMİ-dən onu da əlavə ediblər ki, hazırda cəmi 50 boş zəvvar yeri qalıb ki, bunlar da ancaq VİP ziyarət növü üçün nəzərdə tutulanlardır.

Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyindən məsələyə münasibət bildirmək istəməyiblər.

Xatırladaq ki, ötən ilə qədər zəvvarlara vizaların verilməsi daha erkən tarixdən başlayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...