Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Krallıq azərbaycanlı zəvvarların vizasını gec verəcək

Zəvvarlara Həcc ziyarəti üçün vizaların verilməsi vaxtı açıqlandı

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün vizaların verilməsi əvvəlki illə müqayisədə nisbətən gec başlayacaq.

“Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, vizalar iyulun 10-dan etibarən veriləcək.

Buna səbəb Səudiyyə Ərəbistanı Krallığının vizaların verilməsi ilə bağlı apardığı yazışmalardır.

Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. QMİ-dən onu da bildiriblər ki, hər iki ziyarət növü üçün nəzərdə tutulan yerlər artıq dolmaq üzrədir.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...