Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Kredit götürmək Allaha savaş açmaqdır…”

Elşad Miri: “Faiz çox ciddi, cəmiyyətin başına açıqlan bir bəladır”.

“Quranda faiz və sələmçilik Allaha və rəsuluna savaş açmaqdır”.

Din.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri kredit götürməyin islamda qəbul olunub-olunmaması ilə bağlı suala cavab verərkən deyib. O, bildirib ki, bu gün Azərbaycan əhalisinin müsəlman olduğu bildirilir: “Amma təəssüflər olsun ki, bu müsəlmanların kreditlə pul götürdükləri üçün borcları yaranıb. Çalışıb bu məsələlərdən qurtarmaq lazımdır.

Faiz çox ciddi, cəmiyyətin başına açıqlan bir bəladır. Ailənin başına açıqlan bir bəladır. Həm də insanın övladları üçün qoyduğu pis bir mirasdır. Ona görə də belə şeylərə bulaşmamaq lazımdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...