Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

KUBALI MÜSƏLMANLAR

Kubada müsəlmanların sayı artmaqdadır.

Kuba İslamın geniş yayıldığı və təxminən 3 000 müsəlmanın yaşadığı Karib hövzəsi ölkəsidir.

Din.az Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, Ramazan Bayramının çoşquyla qeyd edildiyi ölkələrdən biri də Kuba olub. Dinlərə qarşı yumşalan qadağalardan sonra Kubada İslam dini getdikcə geniş yayılır.

Kubalı müsəlmanların sayı son illərdə xeyli artıb. Ramazan Bayramında yüzlərlə müsəlman “Allahu Əkbər” sözlərilə namaza dayanıb. Havana şəhərində 2015-ci ildə açılmış məsciddə toplaşan müsəlmanlar cümə və bayram ibadətlərini burada həyata keçirirlər. Bununla yanaşı, min nəfərlik Havana İslam Mərkəzi 2015-ci ildə Türkiyənin rəhbərliyilə tikilərək istifadəyə verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...