Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Küçədə qadınlara söz atan şəxslər cərimə olunacaq

Nalayiq hərəkət görə 90 avro cərimə tətbiq olunacaq.

Fransada küçələrdə nalayiq davranışa yol verən şəxslər 90 avro həcmində cərimələnəcək.

Din.az xəbər verir ki, bunu ölkə hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrevo elan edib.

Qeyd olunur ki, bu kateqoriyaya əsasən qadınlara sataşmalar və söz atmalar daxil olacaq.

Hökumət rəsmisi bildirib ki, paytaxtda ictimai nəqliyyatdan istifadə edən qadınların 90 faizi həm fiziki, həm də sözlə təcavüzə məruz qaldığını etiraf edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...