Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Kürdlər Moskvaya müraciət etdi: Bizi Əsədlə barışdırın

“Suriya hökumətiylə müqavilə imzalamağımıza yardım edin”.

Suriyadakı kürd hərbi dəstələri Rusiyaya müraciət edərək Suriya hökumətiylə müqavilə imzalanmasına yardım etməsini istəyiblər.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet kürdlərin bunun sayəsində Türkiyə tərəfindən olacaq hücumun qarşısını almağa çalışdıqlarını bildirib.

“Vaşinqton Post”a açıqlama verən kürd liderlər biri olan Saleh Müslim hələlik Moskvanın kürdlərin Suriya hökumətiylə barışdırılması üçün hansısa öhdəlik götürmədiyini deyib:

“Biz yol xəritəsini Rusiyaya vermişik, sadəcə cavab gözləyirik. Kürdlərin təklifi Suriya hökumətinə bütün ölkə ərazisində suverenliyini təmin etməsinə imkan yaradacaq. Amma bunun əvəzində bizə özünüidarəyə izn verilməlidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...