Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Kürdlərdən İrana qarşı istifadə edirik” – İsrail

“İsrail çox sayda diplomatik kömək tələbi alıb”.

“Suriyalı kürdlərə kömək edirik”.

Din.az Teleqraf.com-a istinadən bildirir ki, bunu İsrail xarici işlər nazirinin köməkçisi Tsipi Xotoveli deyib.

İsrailli diplomat ölkəsinin suriyalı kürdlərə bölgədə İrana qarşı tarazlıq yaratmaq üçün kömək etdiyini, habelə kürdlər və ABŞ arasında dialoq qurmağa cəhd etdiyini açıqlayıb:

“İsrail çox sayda diplomatik kömək tələbi alıb. Kürdlərin üzləşdiyi dərin problemləri başa düşürük və biz onlara fərqli kanallarla kömək edirik”.

Edilən köməyin detalları barədə şərh verməyən Xotoveli Qərbyönümlü suriyalı kürdlərin müdafiə olunmasının İsrailin maraqlarını əks etdirdiyini bildirib:

“Suriyanın şimalındakı kürdlərin bölgədən çıxması İsrailə təhlükə vəd edir. Bu vəziyyətdə İranın təsir dairəsində olan qüvvələr güclənir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...