Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

KÜTAHYA MƏSCİDİNDƏ İDMAN HƏRƏKƏTLƏRİNİN DÖVRÜ BAŞLADI

Məsciddə idman hərəkətləri dövrü….

Universitet tələbələri namazdan sonra məscid camaatı və imam üçün sağlamlıq baxımından mühüm olacaq hərəkətlər keçirlər.

Din.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyənin Kütahya Universitetinin Bədən Tərbiyəsi və İdman Şöbəsinin 3 tələbəsi “Cəmiyyətə Xidmət” işləri çərçivəsində hazırladıqları “Beş vaxt namaz, bir vaxt idman” layihəsini həyata keçiriblər.

Tələbələr yaxın ətraflarında olan məscidlərdə, xüsusən yaşlılara namazdan sonra yüngül idman hərəkətləri etdiriblər. Onların bu layihəsi əhali tərəfindən böyük rəğbətlə qarşılanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...