Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Küveytdə təhsil hansı özəlliklərinə görə fərqlənir? – Qaydalar və üstünlüklər

Dövlət məktəblərində qızlar və oğlanlar eyni təhsil hüququna malikdirlər.

Cənub-Qərbi Asiya ölkəsi olan Küveytin dövlət dili ərəb dilidir. Ölkənin tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. Küveyt 1961- ci ildən etibarən təhsil sistemini inkişaf etdirir. Ölkədə təhsilin idarə olumasında Təhsil və Ali Təhsil Nazirliyi iştirak edir. Dövlət universitetləri dövlət büdcəsindən maliyyələşir və ölkə vətəndaşları üçün ali təhsil pulsuzdur.

Din.az Moderator.az-a istinadən dünya neft ehtiyatlarının təxminən 10%-nin cəmləşdiyi Küveytin təhsil sistemi ilə sizi tanış edir:

Küveytin təhsil müəssisələri statusuna görə dövlət, özəl və keyfiyyət yönümlü təhsil müəssisələrinə bölünür. Ölkədə məktəblərin əksəriyyəti dövlət tədris müəssisələridir. Bu məktəblərdə təhsil ərəb dilində aparılır.

Burada məktəbəqədər tədris 4 yaşdan 6yaşa qədər davam edir. Sonra isə ibtidai təhsil başlayır. Küveytdə məktəbəqədər təhsil 1 il, ibtidai 5 il, əsas 4, orta təhsil isə 3 il davam edir. Ölkə vətəndaşlarının ibtidai və əsas təhsil alması icbari hesab olunur.

Küveyt vətəndaşlarının əksəriyyəti öz uşaqlarını dövlət məktəblərinə göndərmirlər. Dövlət məktəblərində qızlar və oğlanlar ayrı oxusalar da, onlar eyni təhsil hüququna malikdirlər. Özəl məktəblərdə bu qayda yoxdur. Məktəblərdə şagirdlər ikinci sinifdən ingilis dilini öyrənməyə başlayırlar.

Küveytdə ali təhsil pulsuzdur. Ölkədə 4 dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkənin ən nüfuzlu ali təhsil ocağı Küveyt Universitetidir. Burada yüksək səviyyəli texniki kadrlar hazırlanır, həmçinin iqtisadi səmərəliliyi artırmağa xidmət edən layihələr reallaşdırılır. Küveyt Universitetində ingilis və ərəb dilində təhsil mövcuddur . Bildirək ki, ölkənin savadlılıq səviyyəsi 93%-dir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...